Papadan tərksilah çağırışı
    • Dünən, 15:20
    • 212

Papadan tərksilah çağırışı

Roma Papası Fransisk müalicə aldığı xəstəxanadan göndərdiyi məktubda “dünyanın tərksilah edilməsinə” çağırıb.

News24.az xəbər verir ki, fevralda keçirdiyi ağır bronxit səbəbiylə Romadakı Gemelli Xəstəxanasında ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə olunan 88 yaşlı katolik ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk İtaliya qəzetinə məktub göndərib.

Papa 14 mart tarixli məktubunda xəstəxanada olduğu müddətdə müharibələrin ona daha da mənasız göründüyünü qeyd edib.

Günel Məlikzadə