
-
- Dünən, 15:45
- 392
Simpsonların 2025-ci il proqnozu gerçəkləşdi! - Artıq 4 ölkədə başlayıb və GƏLİR...
Dünyanın ən çox baxılan cizgi filmlərindən biri olan və izləyiciləri tərəfindən “peyğəmbərlik aləti” olaraq görülən Simpsonlar 2025-ci ildə dünyanın qaranlığa qərq olacağını proqnozlaşdırmışdı.
News24.az-ın xəbərinə görə, ilk 3 ayda 4 ölkə qaranlığa qərq olduğu üçün məşhur serialın proqnozu demək olar ki, gerçəkləşib.
Dünya tarixin ən uzun sürən seriallarından biri olan Simpsonlar, demək olar ki, reallaşan 2025-ci il üçün proqnozları da daxil olmaqla, bir çox kəhanətlərinin gerçəkləşməsi ilə manşetlərə çevrilib.
1998-ci il "Sprinqfildin son günü" epizodunda şəhərin qəflətən gücünü itirdiyi və qaranlığa qərq olduğu bir ssenari var. 1998-ci ildə çəkilmiş və "elektrik enerjisindən məhrumiyyət" mövzusundan bəhs edən epizodda təqvimlər 2025-ci ili göstərir.
İnternetdə yayılan epizod əsasında 2025-ci ilin elektrik kəsilməsi ili olması ilə bağlı sui-qəsd nəzəriyyələri yaradılsa da, ilk 3 ayda 4 ölkə artıq qaranlığa qərq olub.
2025-ci ilin ilk üç ayında qaranlığı ilk dadan Amerika və Asiya ölkələri olub. Fevralda Şiri Lankada transformatora meymunun girməsindən sonra bütün ölkə işıqsız qalıb. 22 milyon insanın 24 saatdan çox işıqsız qaldığı hadisə sosial mediada böyük əks-səda doğurub.
Fevralın 26-da Çilidə elektrik enerjisi kəsilib və ölkə qaranlığa qərq olub. Martın 15-də Kubada elektrik kəsilməsi olub. Milli Elektrik Sistemində çökmə baş verib və Havana küçələr yalnız generatoru olan yerlərdə işıqlandırılıb.
Aqil