
-
- Dünən, 16:08
- 436
Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan olundu
Rusiyanın Çelyabinsk vilayətinin Aşa şəhərində daşqınlar səbəbindən yerli fövqəladə vəziyyət (FH) rejimi tətbiq edilib.
News24.az xəbər verir ki, bu barədə "URA.ru" Aşinski rayonunun rəhbəri Vadim Sergeyevə istinadən məlumat yayıb .
Daşqın zonasında 26 təsərrüfat var. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sakinlərin təxliyəsi üçün qapı-qapı gəzir. Aşa şəhərinin iki rayonunda daşqınlar Sim çayının şimal hissəsində qəfil tıxacın yaranması ilə əlaqədar baş verib.
Qeyd edək ki, Çelyabinsk vilayətinin Sosnovski rayonunda baş verən daşqınlar səbəbindən Zyuzelqa çayı üzərindən avtomobil körpüsünü daşqın bitənə qədər bağlamaq lazım gəlib. Qumbeykə çayının daşdığı Naqaybək rayonunda da çətin vəziyyət yaranıb.
Aqil