İki avtomobil toqquşdu, - xəsarət alanlar var
Hadisə
Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Məlikli Əlizamin Məzahir oğlu və daha bir nəfər (adı və soyadı dəqiqləşdirilir - red) xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.