Gəncədə avtomobil 3 piyadanı vurdu
    • 19-03-2025, 00:24
    • 637

Gəncədə avtomobil 3 piyadanı vurdu


Gəncədə üç piyadanı maşın vurub.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində, sosial binaların yaxınlığında qeydə alınıb.

Zərərçəkənlər - 1979-cu il təvəllüdlü E.Ələkbərov, 1996-cı il təvəllüdlü M.Qəhramanov və şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş bir şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Onların müalicələri davam edir.