Mourinyo ilə futbolçular arasında DAVA
    • 19-03-2025, 21:35
    • 2 739

Mourinyo ilə futbolçular arasında DAVA

"Fənərbağça"da baş məşqçi Joze Mourinyo ilə futbolçular arasında "soyuq müharibə" gedir.

News24.az xəbər verir ki, Alan Sent-Maksimenlə problem yaşayan portuqaliyalı mütəxəssisin Yusuf ən-Nəsiri ilə də münasibətləri korlanıb.

İddiaya görə, mərakeşli hücumçu sosial şəbəkə hesabında Mourinyonu izləmədən çıxarıb.

Forvardın bu addımı hansı səbəbdən atdığı hələlik bəlli deyil./milli.az