Qəzənfər Abbasov İSTEFA VERDİ
    • 19-03-2025, 14:35
    • 461

Qəzənfər Abbasov İSTEFA VERDİ

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən MOİK-də ayrılıq yaşanıb.

News24.az xəbər verir ki, baş məşqçi postunda çalışan Qəzənfər Abbasov MOİK-i tərk edib

Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib:

Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi./Bizim.Media