
-
- 20-03-2025, 11:04
- 254
Xırdalanda yaşayış binasında yanğın başladı
Xırdalanda "Kristal Abşeron" yaşayış binasında yanğın başlayıb.
"Report"un xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN-in mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək"