Paşinyandan İlham Əliyevə müraciət
    • 20-03-2025, 19:35
    • 561

Paşinyandan İlham Əliyevə müraciət

“Mən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təklif edirəm ki, Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması üzrə məsləhətləşmələrə başlanılsın”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə təklif edirəm ki, Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlanılsın”, - Paşinyan qeyd edib./yenisabah