Türkiyədə ağır qəza: 26 şagird...
    • 20-03-2025, 23:30
    • 629

Türkiyədə ağır qəza: 26 şagird...


Türkiyədə şagirdlərin olduğu avtobus qəzaya düşüb.

Publika.az-ın “Haber Global”a istinadla xəbərinə görə, Ədirnə şəhərinin Keşan rayonunda baş verib.

Belə ki, şagirdləri daşıyan məktəb avtobusu idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Yol qəzası nəticəsində 26 şagird və sürücü yaralanıb, onlar hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar. Qəzanın baş vermə səbəbi araşdırılır.