Cavid Xaspoladova ağır itki
    • 21-03-2025, 04:00
    • 560

Cavid Xaspoladova ağır itki

Daxili İşlər Nazirlirliyi (DİN) Mətbuat xidmətinin keçmiş rəis müavini, “Mübarz keşikdə” qəzetinin sabiq baş redaktoru, polis polkovniki, Əməkdar jurnalist Cavid Xaspoladova ağır itki üz verib.

Bu barədə Modern.az-a jurnalist Yadigar Məmmədli bildirib.

Onun verdiyi məlumata məlumata görə, hazırda Azərbaycan Təhlükəsizlik Şurası Katibliyinin əməkdaşı olaraq çalışan Cavid Xaspoladovun anası Məryəm xanım vəfat edib.

Mərhumun 3-7 mərasimi martın 21-də saat 18:00-dan etibarən “Nərimanov” metrostansiyasının yaxınlığında İzzətdin Həsənoğlu küçəsi 9 ünvanında yerləşən “Gülab” mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin.