Azərbaycan elminə AĞIR İTKİ - FOTO
    • Dünən, 13:27
    • 5 497

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Teleqraf-a bu barədə mərhumun yaxınları məlumat verib.

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Gürcüstan Respublikası Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1979-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib.

1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan Elxan Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb.

1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1999-cu ildən AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiri idi.

1969–2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olub.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.