Bilmədən sirkə turşusu içdi, öldü - __NEWL__
Hadisə
Sumqayıtda ehtiyatsızlıq nəticəsində sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.
News24.az Lent.az-a istinadla xəbər verir ki,hadisə şəhərin 1-ci mikrorayonda qeydə alınıb.
1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın cəsədi oğlunun yaşadığı evdə aşkarlanıb.
Onum ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.