Pantomima Teatrının sentyabr repertuarı
    • 3-08-2019, 00:09
    • 690

Pantomima Teatrının sentyabr repertuarı

Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 14-də açıq elan edəcək.
News24.az xəbər verir ki, sənət ocağı bu dəfə mövsümə “Kişilər və qadınlar”la başlayacaq.
Bundan başqa, teatrda sentyabr ayı maraqlı tamaşalar göstəriləcək. Belə ki, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar”, 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.