Azərbaycanlı kriminal avtoritetlərin
    • 3-08-2019, 01:32
    • 1 228

Azərbaycanlı kriminal avtoritetlərin "sxodka"sına basqın

Ukraynanın Baxmut şəhərində Donetsk və Luqansk vilayətlərinin kriminal avtoritetlərin "sxodka"sı keçirilib.
News24.az xəbər verir ki, toplanışın keçirilməsinə səbəb nüfuz dairəsinin bölüşdürülməsi, həmçinin Starobelsk istintaq təcridxanasına nəzarət edəcək şəxsin namizədliyini razılaşdırmaq olub.
Lakin yerli təhlükəsizlik qüvvələri həmin "sxodka"ya basqın edib. Yerli polisin yaydığı rəsmi məlumata görə, tədbirə "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun maraqlarını təmsil edən azərbaycanlı rəhbərlik edib.
Həmin şəxsin Ukrayna ərazisindən deportasiya ediləcəyi bildirilir.