Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI
    • 24-03-2025, 06:00
    • 2 215

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI


Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Gündəliyimizə konstitusiya dəyişiklikləri məsələsi daxildir. 2027-ci ilə planlaşdırılıb”. -, deyə o, qeyd edib.

Paşinyan bildirib ki, komandası “siyasi gündəmi daha konkretləşdirmək” üçün 2026-cı il parlament seçkilərinə paralel olaraq referendumun keçirilməsinin məqsədəuyğundur. Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, konstitusiyanın dəyişdirilməsi yalnız daxili siyasətlə bağlı məsələdir, lakin “regional və beynəlxalq təsir” də istisna deyil.