Bu ölkədə "qanlı yağış" xəbərdarlığı
    • 24-03-2025, 08:46
    • 569

Bu ölkədə "qanlı yağış" xəbərdarlığı


Almaniyanın meteoroloji xidməti Almaniyanın cənub-qərbində yaşayan sakinlərə xəbərdarlıq edib ki, bu həftə sonu onların məskunlaşdığı ərazilərdə nadir təbiət hadisəsi – “qanlı yağış” gözlənilir.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Səbəb Saharadan gələn tozla doymuş yağışlardır. Sinoptiklərin fikrincə, bu, avtomobillərin rənglənməsi üçün təhlükə yarada bilər.

"Bu cür yağışlar avtomobillərdə xüsusilə nəzərə çarpacaq", - meteoroloji xidmətin nümayəndəsi bildirib.

Təbiət hadisəsinin ilk əlamətləri artıq görünür - Almaniyanın bəzi bölgələrində səma sarımtıl rəngə çevrilib. Qumlu əsas yağıntının Baden-Vürtemberq əyalətində olacağı gözlənilir.

Təbiət hadisəsinin dəqiq miqyasını təxmin etmək hələ də çətindir. Eyni zamanda hava kütlələrinin qarışması səbəbindən tufanlar da ola bilər.