İdmançılarımız qızıl medal qazandılar
    • 24-03-2025, 12:52
    • 185

İdmançılarımız qızıl medal qazandılar

Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

Gimnastika Federasiyasından News24.az-a verilən məlumata görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.