Dünyanın ən bahalı 10 pişik cinsi
    • 25-03-2025, 00:45
    • 509

Dünyanın ən bahalı 10 pişik cinsi

Siyahıdakı əksər pişik cinsləri üçün 10 min dollara qədər pul ödəmək lazım olacaq. Bəzi pişiklər üçün 100 min dollardan çox pul ödəmək lazım gəlir.

News24.az ən bahalı 10 pişik cinsini sizə təqdim edir:

Qədim Misirdə pişiklərə tanrı kimi ibadət olunurdu, indi isə bəzi pişik sahibləri bu heyvanları almaq üçün on minlərlə dollar xərcləməyə hazırdır. animals.howstuffworks portalı dünyanın ən bahalı 10 pişik cinsini və onların niyə bu qədər yüksək qiymətləndiyini açıqlayıb.

1. Aşera ($75,000–$125,000)

Qiymət baxımından mütləq rekordçudur. Aşera pişikləri ekzotik görünüşləri ilə qiymətləndirilir. Onlar Afrika servalı, Asiya leopard pişiyi və bəzi ev pişiklərinin genetik qarışığından yaranan hibrid cinsdir. Bu iri cins pişiklər 18 kq-a qədər böyüyə bilir və orta ömürləri 12–20 ildir.

2. Savanna ($1500–$25000)

Nisbətən yeni bir cinsdir və Afrika servalı ilə ev pişiklərinin qarışdırılması ilə yaradılıb. Məqsəd – daha itaətkar və ehliləşdirilmiş pişik cinsi əldə etməkdir. Onların da ömrü təxminən Aşera pişikləri qədərdir.

3. Kao-mani ($7000–$11000)

Tailand mənşəli safqan Kao-mani pişiyi əvvəlki iki cinslə müqayisədə daha "ucuz" hesab olunsa da, siyahıdakı digər cinslərlə müqayisədə onların ömrü nisbətən qısadır.

4. Afrika servalı ($3000–$10000)

Qiyməti adətən 10 min dollar civarındadır, bəzən isə bu rəqəm 100 min dollara qədər yüksələ bilər. Lakin, bu cinsi saxlamaq üçün xüsusi icazələr tələb olunur, çünki bu pişiklər hələ də vəhşi heyvan sayılır.

5. Redqoll ($300–$7500)

Bu pişiklər cizgi filmi qəhrəmanları kimi tüklü və sevimlidirlər. Xoş xasiyyətləri və oyunbaz təbiətləri ilə tanınırlar. Amma tüklərinin tökülməsi ilə bağlı təmizlik işləri çox vaxt və əmək tələb edir.

6. Sfinks ($1500–$6000)

Bəzi insanlar üçün bu pişiklərin görünüşü cəlbedici olmasa da, onların qiyməti dörd rəqəmli olur və olduqca bahalı sayılır.

7. Benqal pişikləri ($1000–$5000)

Leoparda bənzər naxışlı dəriləri və atletik bədən quruluşları ilə seçilirlər. Düzgün qidalanma və fiziki fəaliyyətlə onların ömrü 12–20 ilə çata bilər.

8. Fars pişikləri ($1000–$5000)

Bu cinsin əsas çatışmazlığı yüksək qiymətə əlavə olaraq, daimi baytarlıq baxımının lazım olmasıdır. Onlar çox vaxt böyrək xəstəlikləri, bud displaziyası və sidik yolları infeksiyalarından əziyyət çəkirlər.

9. Maine Coon (Meinkun) ($200–$5000)

Bu "zərif nəhənglər" xasiyyətlərinə görə ideal ev heyvanı sayılırlar. Meinkunlar ABŞ-da ən qədim pişik cinslərindən biri olmaqla yanaşı, dünyada da ən böyüklərindən biridir.

10. Britaniya qısa tüklü pişikləri ($500–$4500)

Britaniya qısa tüklü pişikləri bazarda ən çox tələbat olan cinslərdəndir. Parlaq gözləri və mehriban xasiyyətləri ilə seçilirlər. Bundan əlavə bahalı sayılan digər pişik cinsləri bunlardır:

Peterbold ($1400–$3500)

Amerika kıvırcığı (curl) ($1200–$3000)

Şərq qısa tüklü ($600–$3000)

Şotland qıvrımqulaqlı (fold) ($300–$3000)

Sibir meşə pişiyi ($1200–$2500)  /lent.az