Mövlud Mirəliyevə yüksək vəzifə verildi
    • 24-03-2025, 15:15
    • 648

Mövlud Mirəliyevə yüksək vəzifə verildi

Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə vəzifə verilib.

News24.az Prosport.Az-a istinadən xəbər verir ki, 51 yaşlı sabiq idmançı Xüsusi Olimpiya Komitəsinin prezidenti təyin olunub.

O bu vəzifədə Rövşən Məmmədovu əvəzləyib.

Qeyd edək ki, martın 7-də Xüsusi Olimpiya Komitəsinin sədri (baş idarəedici) Şahin Əliyev yaşı ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb. Onun yerinə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov seçilib.