Ronaldo 10 il sonra Ermənistana gedir – Bu TARİXDƏ
    • 24-03-2025, 18:00
    • 548

Ronaldo 10 il sonra Ermənistana gedir – Bu TARİXDƏ

2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının Avropa seçmə mərhələsinin qrupları açıqlanıb. 

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, Ermənistan millisi F qrupunda yer alıb və onun rəqibləri Portuqaliya, Macarıstan və İrlandiya olacaq.

Qrupda ən çox diqqəti Portuqaliya yığması çəkib, çünki bu, ulduz futbolçu Kriştino Ronaldonun İrəvana səfər edəcəyi mənasına gəlir.

Portuqaliya millisi A Liqasının 1/4 finalında Danimarkanı məğlub edərək yarımfinala yüksələrək Millətlər Liqasının F qrupuna düşüb.

Ermənistan millisi seçmə mərhələdə Portuqaliya yığması ilə qarşılaşacaq. Tərəflər sentyabrın 6-da İrəvanda, noyabrın 16-da isə Portuqaliyada mübarizə aparacaqlar.

Qeyd edək ki, Ronaldo sonuncu dəfə 2015-ci ildə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşma üçün Ermənistana səfər edib. Oyun 2:3 Portuqaliyanən qalibiyyəti ilə başa çatıb.