Yenə birinci oldu
    • 25-03-2025, 09:15
    • 268

Yenə birinci oldu

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi seçilib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu ada "Barselona"nın sükanı arxasında əyləşən Hans-Diter Flik layiq görülüb.

Alman mütəxəssis bununla cari mövsümdə 4-cü dəfə ayın məşqçisi adına layiq görülüb. O, sorğuda Manuel Pelleqrini ("Betis") və Klaudio Giraldesi ("Selta Viqo") qabaqlayıb.

Qeyd edək ki, "Barselona" mart ayında "Real Sosyedad"ı 4:0, "Atletiko Madrid"i 4:2 hesabı ilə məğlub edib.