Mütəxəssis xəbərdar etdi: Ayaqdakı kalluslar o xəstəliyin əlamətidir
    • Dünən, 04:10
    • 459

Mütəxəssis xəbərdar etdi: Ayaqdakı kalluslar o xəstəliyin əlamətidir

Mütəxəssislər kritik xəbərdarlıqlar edərək, ayaqlardakı kallusun şəkər xəstəliyinin əlaməti ola biləcəyini izah ediblər.

News24.az bildirir ki, Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Dos. Dr. Hüsrev Diktaş, " Şəkərli diabet bədəndəki bir çox orqanı təsir edən və uzun müddətdə ciddi fəsadlara yol aça bilən xəstəliklərdən biridir. Bu fəsadların ən əhəmiyyətlisi diabetik ayaq xəstəliyidir. Diabetik ayaq sinir və damarların zədələnməsi nəticəsində meydana gələn və müalicə edilmədikdə ayaqların amputasiyasına səbəb olan bir xəstəlikdir. Diabetik və müalicə oluna bilməyən xəstəlik erkən sağlamlıq itkisinə səbəb ola bilər".  - deyə qeyd edib.

Diabetik ayaq xəstəliyinin müalicə edilmədikdə ciddi nəticələrə səbəb ola biləcəyini ifadə edən Prof. Doktor Diktaş, "Bu yaralar müalicə olunmazsa irəliləyərək ayaq amputasiyasına səbəb ola bilər. Bu səbəbdən diabetli ayaq xəstələrinin müalicə prosesi diqqətli və peşəkarlar tərəfindən idarə olunmalıdır. Müalicə müddətində yara yaxşılaşa bilər, lazım olarsa plastik əməliyyatla toxuma bağlanması da edilə bilər”. deyib.

Zəhraxanım Şeydayeva