Eşşək ətini kolbasa kimi verirlər
    • Dünən, 04:30
    • 423

Eşşək ətini kolbasa kimi verirlər

Son bir neçə ildə Türkiyədə əhalinin sağlamlığı üçün təhlükə olan saxta qida problemi bütün yoxlamalara baxmayaraq davam edir. 

News24.az bildirir ki, mənfəət naminə xalqın sağlamlığına məhəl qoymayan ağıllı adamlar kolbasa əvəzinə camaata tərkibində eşşək əti, quş əti və ya donuz əti olan məhsullar satırlar. 

Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən ötən il həyata keçirilən yoxlamalarda ölkə daxilində 110 adda kolbasa məhsulunda qida saxtakarlığı aşkar edilib.

İnsan sağlamlığına birbaşa təhlükə yaradan bu məhsulların arasında at, eşşək, donuz əti kimi qadağan olunmuş ətlərin olduğu üzə çıxsa da, bir çox istehsalçıların xərcləri azaltmaq üçün kolbasa məhsullarına quş əti, sakatat və qida boyası qatdığı da müəyyən edilib. 

Zəhraxanım Şeydayeva