Almaniya hökuməti rəsmən istefa verdi
    • 26-03-2025, 08:21
    • 268

Almaniya hökuməti rəsmən istefa verdi

Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi hökumət üzvləri yeni çağırış Bundestaqın ilk iclasından sonra Prezident Frank-Valter Ştaynmayerdən rəsmi istefa bildirişi alıblar. 

Bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Almaniya qanunlarına əsasən, hazırkı hökumət yeni hökumət formalaşana qədər vəzifələrini icra etməyə davam edəcək. Yeni kansler -Xristian Demokrat İttifaqının lideri Fridrix Merts kabinetin tərkibini aprelin 20-dək təqdim edəcəyini vəd edib.

Qeyd edək ki, Merts 8 mart tarixində Xristian-Demokrat İttifaqı (CDU), Xristian-Sosial İttifaqı (CSU) və Almaniya Sosial-Demokrat Partiyası (SPD) arasında iqtidar koalisiyasının uğurla formalaşdığını elan edib.

Şolts isə kansler postundan ayrıldıqdan sonra siyasətdən tamamilə gedəcəyini bəyan edib. (qafqazinfo)