Rusiyada narkotik saxlamada ittiham edilən azərbaycanlının işi məhkəməyə göndərildi
    • 3-08-2019, 17:40
    • 866

Rusiyada narkotik saxlamada ittiham edilən azərbaycanlının işi məhkəməyə göndərildi

Rusiyanın Xarabrov vilayətinin Verxnebureyin rayonunda qanunsuz narkotik saxlamada ittiham edilən Azərbaycan vətəndaşının işi məhkəməyə göndərilib. 
News24.Az xəbər verir ki, işin materiallarına əsasən, o, 2019-cu ilin aprelində Çeqdomın qəsəbəsinin vağzalında saxlanılıb. 
Üzərinə baxış zamanı azərbaycanlının çantasından bir kiloqram həşiş aşkarlanıb. 
O, polis əməkdaşları tərəfindən rayon polis idarəsinə aparılıb və ilkin dindirilmə zamanı əməlini etiraf edib.