Daha bir güclü zəlzələ oldu - Bu ölkədə
    • 26-03-2025, 11:58
    • 1 000

Daha bir güclü zəlzələ oldu - Bu ölkədə

Yeni Zelandiyanın cənub adasında 6,7 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Cənubi Ada olan 6,7 bal gücündə zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Yeni Zelandiya Milli Fövqəladə Hallar İdarəsi dənizdə güclü cərəyanların ola biləcəyini bildirərək, vətəndaşları çimərliklərdən və dənizdən uzaq durmaq barədə xəbərdar edib.

Günel Məlikzadə