Çimnaz Sultanovanın məzar daşı - VİDEO
    • 26-03-2025, 16:10
    • 438

Çimnaz Sultanovanın məzar daşı - VİDEO

Yanvarın 15-də vəfat edən aktrisa Çimnaz Sultanovanın məzar daşının görüntüsü yayılıb.

News24.az-ın məlumatına görə, Əmircan qəbiristanlığında dəfn olunan mərhumun məzar daşı hazırlanıb və artıq yerləşdirilib.

Qeyd edək ki, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.

Onu da vurğulayaq ki, mərhumun məzar daşı və məzarı qara mərmərdən hazırlanıb və məzarın üzərinə Fatihə surəsi yazılıb

Aqil Qarayev