Moskvada işlər qarışdı 600 etirazçı saxlanıldı
    • 4-08-2019, 00:11
    • 1 062

Moskvada işlər qarışdı 600 etirazçı saxlanıldı

Bu gün Moskvanın mərkəzində razılaşdırılmamış növbəti aksiya keçirilib.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyada 1500 nəfər iştirak edib.
Onlardan təxminən 600 nəfəri saxlanılıb.
Yerli hüquq-mühafizə orqanları Tversk küçəsinə toplaşan aksiya iştirakçılarını asayişi pozmamağa və dağılışmağa çağırıb.
Qeyd edək ki, iyulun 27-də Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilməsinə başlanılıb. Həmin vaxt kütləvi mitinqdə təxminən 3500 nəfər iştirak edib.