
-
- 27-03-2025, 11:31
- 282
Putin Hindistana gedir
Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri hazırlanır.
News24.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən "Rusiya və Hindistan: ikitərəfli münasibətlərin yeni gündəliyinə doğru" adlı konfransın iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, Putin Narendra Modinin səfər təklifini qəbul edib: “Rusiya dövlətinin başçısının Hindistan Respublikasına səfəri hazırlanır".
Qeyd edək ki, Putinin Hindistana 2024-cü ilin noyabrında prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Putinin Hindistana səfəri 2025-ci ildə baş tutacaq. Yanvarda Hindistan Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 2025-ci ildə səfərini gözlədiklərini təsdiqləyib./Musavat.com