
-
- 27-03-2025, 12:16
- 573
Avtomobillə adam öldürən Əməkdar artist azadlığa çıxır
Moskvada ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən Rusiyanın Əməkdar artisti Mixail Yefremov şərti azadlığa buraxılacaq.
News24.az Rusiya KİV-lərə istinadən xəbər verir ki, bundan sonra aktyora 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək qadağan olunacaq.
Xatırladaq ki, 8 iyun 2020-ci ildə Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi./Publika.az