Ançelotti Braziliya millisini çalışdıracaq?
    • 27-03-2025, 18:25
    • 379

Ançelotti Braziliya millisini çalışdıracaq?

Braziliya Futbol Konfederasiyası (CBF) “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə danışıqları bərpa edib.

News24.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Bildirilir ki, CBF-nin bəzi rəhbərləri komandanın hazırkı baş məşqçisi Dorival Juniorun işindən narazıdırlar. Martda Braziliya DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya qalib gəlib (2:1), Argentinaya isə böyük hesabla uduzub – 1:4.

Məlumata görə, Ançelotti braziliyalılara 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək klublararası dünya çempionatından sonra gələcəyi ilə bağlı qərar verəcəyini deyib. Madrid klubu da 65 yaşlı məşqçinin bu turnir bitdikdən sonra klubu tərk edəcəyini ehtimal edir.

Qeyd edək ki, Ançelottinin “Real” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir./Publika.az