Mirkamil səhhətindən danışdı
    • 27-03-2025, 21:52
    • 549

Mirkamil səhhətindən danışdı


Müğənni Mirkamil Kamilov illər sonra səhhəti ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə sənətçi “Qonaqcanlı”ya danışıb. Mirkamil deyib ki, ürəyindəki problemə görə yenidən əməliyyat olunmalıdır:

“Azərbaycanda ürək əməliyyatımı edə bilərlər. Sadəcə deyirlər, ola bilsin, Türkiyə ilə danışıb, oradan həkim tapsınlar. Ya da mənim öz həkimim var, o, farsdır, onu tapmaq çətin məsələdir. Yenə də əməliyyatdan çəkilişi İrandakı dostlarımıza yolladıq, Tehranda həkimin əlaqə nömrəsini tapsınlar. Mən də farsca bilmirəm, onların dilini bilən insan lazımdır. Danışsınlar ki, məni filan tarixdə əməliyyat edib. Əgər alınsa, bu, ikinci əməliyyat olacaq. O həkim bu işləri digərlərindən daha yaxşı edir. Çünki ilk dəfə məni həmin həkim əməliyyat edib. Bu da qəliz məsələdir, ona da vaxt lazımdır. İnşallah tapılar”.