Qarabağ qazisi ürəktutmasından vəfat etdi Qanpulunu alacağı günü gözləyirdi
    • 4-08-2019, 13:09
    • 883

Qarabağ qazisi ürəktutmasından vəfat etdi Qanpulunu alacağı günü gözləyirdi

Qarabağ qazisi (əlili) Elxan Köçəriyev ürəktutmasından vəfat edib. News24.az xəbər verir ki, bu barədə məlumatı Rəy Kərimoğlu öz Facebook hesabında paylaşıb: "Əziz dostlar!
İndicə acı bir xəbər aldım! Qarabağ qazisi (əlili) Elxan Köçəriyev vəfat edib! Uzun illərdir müalicə olunan Qazi qardaşımız ürək tutmasından vəfat edib! Elxan Qazilərin haqqı uğrunda aparılan mübarizənin aktiv iştirakçısı idi. İdmançı idi. Sırağagün zəng edib Qarabağ qazilərinin sığorta pullarının (qanpulunun) nə vaxt  veriləcəyil ilə maraqlandı. Sonra dedi ki, 25 ildi köçkün kimi ailəsi ilə bigə yataqxanada ağır şəraitdə yaşayır. "Qaçqımkom sədri Rövşən Rzayevə onun vəziyyətinin ağır olduğunu deməyimi xahiş etdi. Söz verdim ki, Rövşən müəllimə çatdıracağam problemini! Allah rəhmət eləsin! Elxan da Qarabağın azadlığını görmədən bizləri tərk elədi! Çox heyif! Çox üzüldüm!"