Qızılın qiyməti yeni tarixi rekorda imza atdı
    • 28-03-2025, 06:00
    • 661

Qızılın qiyməti yeni tarixi rekorda imza atdı


Qızılın bir unsiyasının birja qiyməti tarixdə ilk dəfə olaraq 3100 dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Nəşr qeyd edib ki, Çikaqo Ticarət Birjasında (CME) iyun fyuçersləri Moskva vaxtı ilə saat 17:49-a olan məlumata görə 1,57% bahalaşaraq, 1 unsiya üçün 3100,4 dollar təşkil edib.

Martın ortalarında qiymətli metal ilk dəfə bir troy unsiyası üçün 3001,5 dollara çatıb.