Türkiyədə DƏHŞƏTLİ hadisə - Ölən və yaralananlar var
    • 28-03-2025, 09:46
    • 7 732

Türkiyədə DƏHŞƏTLİ hadisə - Ölən və yaralananlar var


Türkiyənin Diyarbəkir şəhərinin Bismil rayonunda ağır yol qəzası qeydə alınıb. Hadisə nəticəsində dörd nəqliyyat vasitəsi zəncirvari qəzaya uğrayıb.

News24.az musavat.com-a istinadla xəbər verir ki, qəza nəticəsində üç nəfər həyatını itirib, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal yaxın xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.

Hadisə yerinə polis və jandarma əməkdaşları cəlb olunaraq araşdırmalar aparmağa başlayıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum olmasa da, ekspertlər hadisənin təfərrüatlarını öyrənmək üçün işlərini davam etdirir.