
-
- 28-03-2025, 11:13
- 3 534
Güclü zəlzələ: Binalar dağıldı - Qonşu ölkələrdə hiss edildi
Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Bəzi binaların dağıldığı bildirilib.
News24.az xəbər verir ki, zəlzələ Çin və Taylandda da hiss olunub.
Taylandın baş naziri güclü zəlzələdən sonra fövqəladə toplantı keçiriləcəyini açıqlayıb.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Eyni zamanda, qorxmuş sakinlər sıx məskunlaşan Banqkok mərkəzindəki hündürmərtəbəli mənzillərdən və otellərdən axışıblar.
Günel Məlikzadə