
-
- 29-03-2025, 08:23
- 197
NASA-dan maraqlı kəşf: Qütb işıqlarının sirri açıldı
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu ilk dəfə Neptunda parlaq aurora (qütb işıqları) aktivliyini müşahidə edib.
News24.az publika.az-a istinadən xəbər verir ki, bu barədə NASA açıqlama yayıb.
Bildirilib ki, astronomlar ilk dəfə olaraq auroralarda meydana gələ biləcək hidrojen trioksitinin varlığını göstərən fərqli emissiya xətti aşkar ediblər.
Çəkilən görüntülərdə Neptunun atmosferindəki mavi rəngli auroralar diqqət çəkib. Alimlər bu kəşfin planetin maqnit sahəsi və atmosfer dinamikası haqqında mühüm məlumat verəcəyini vurğulayıblar.
Araşdırmaya "Northumbria" Universitetinin aparıcı müəllifi Henrik Melin rəhbərlik edib.