
-
- 28-03-2025, 21:13
- 2 555
Xəyal idi, gerçək olur - Ronaldo və Messi eyni klubda
Futbol dünyasının iki əfsanə futbolçusu olan Lionel Messi və Kriştiano Ronaldo eyni komandada oynaya bilər.
News24.az metbuat.az-a istinadən xəbər verir ki, Ronaldo Messinin forma geyindiyi "İnter Mayami" klubuna müvəqqəti transfer ola bilər.
"TalkSPORT"un məlumatına görə, Ronaldonun "Əl Nəssr"lə müqaviləsi mövsümün sonunda yekunlaşır. Ronaldo klubu ilə yeni müqavilə imzalamazdan əvvəl müvəqqəti olaraq "İnter Mayami"yə transfer ola bilər. Bildirilir ki, mövsümün sonunda təşkil olunacaq Klublararası Dünya Çempionatında "İnter Mayami" klubu da yer alacaq.
Xəbərdə deyilir ki, "İnter Mayami" Klublararası Dünya Çempionatı üçün Ronaldonu transfer edərək, iki ulduzun eyni heyətdə yer almasını təmin edə bilər.