Qızıl yenidən rekord həddə bahalaşdı
    • 28-03-2025, 11:43
    • 703

Qızıl yenidən rekord həddə bahalaşdı

Qızılın qiyməti unsiya başına 3,100 dollardan yuxarı qalxaraq yenidən rekord səviyyəyə çatıb.

News24.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0,77% artaraq 3,115.15 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0,53% yüksələrək 35.270 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, rekord bahalaşma ABŞ Prezidenti Donald Trampın bütün avtomobil idxalına 25% gömrük rüsumu tətbiq etməsindən sonra yenidən yaranan təhlükəsiz liman tələbi səbəbindən baş verib.