Duzlu yeməklər piylənmə riskini dəfələrlə artırır
    • 28-03-2025, 21:25
    • 359

Duzlu yeməklər piylənmə riskini dəfələrlə artırır

Finlandiyalı alimlər müəyyən ediblər ki, çoxlu duz qəbul edən insanlarda ümumi və ya qarın bölgəsində piylənmə daha çox olur.

News24.az xəbər verir ki, aparılan tədqiqatda yaşı 18 və daha yuxarı olan 2222 kişi və 2792 qadın iştirak edib.

Nəticələr zamanı orta gündəlik natrium (xörək duzunun tərkib hissəsi) qəbulu kişilər üçün 12 qram, qadınlar üçün isə 9 qram olub. Ümumdünya Səhiyyə Təşkilatı isə gündəlik 5 qrama qədər istehlak etməyi tövsiyə edir.

Tədqiqatçılar çoxlu duz qəbul edən qadınlarda ümumi piylənmə riskinin 4,3 dəfə, qarın boşluğunda isə 3,4 dəfə artdığını hesablayıblar.

Kişilər üçün artan risk müvafiq olaraq 6,0 və 4,7 dəfə olub./Teleqraf