
-
- 28-03-2025, 12:27
- 397
Nəzakət Teymurova İraqda başına gələn hadisədən danışdı
Xalq artisti Nəzakət Teymurova illər əvvəl İraqın Ərbil şəhərində verdiyi konsert zamanı başına gələn hadisədən söz açıb.
News24.az xəbər verir ki, bu haqda xanəndə qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.
Teymurova bildirib ki, hava şəraiti ona konsertdə oxumağa manə olub:
“Konsert vermək üçün İraqa, Ərbil şəhərinə getmişdik. Hava çox isti idi və burulğan var idi. Tozlu hava şəraiti hökm sürürdü. Nəfəs aldıqca toz ağzıma dolurdu. Su içirdim ki, bəlkə ağzımdan toz gedər və mən oxuya bilərəm. Amma elə bil ki, ağzımda palçıq qarışdırırdım. Həqiqi elə idi. O qədər çətinliklə bu konsert başa gəldi ki… Əməlli əziyyət çəkdim. Allah mənə güc verdi və konsert çöx gözəl alındır”./olay