
-
- 28-03-2025, 22:48
- 566
Yağ yandıran və tox saxlayan 5 QİDA
Artıq çəkilərindən xilas olmaq istəyənlər mütləq bu qidalardan istifadə etməlidirlər.
News24.az Medicina.az-a istinadla xəbər verir ki, son illərdə aparılan elmi araşdırmalar müəyyən edib ki, bəzi qidalar maddələr mübadiləsini sürətləndirərək və yağ yandırılmasını artıraraq arıqlamağa kömək edir.
1. Avokado: Arıqlamağı dəstəkləyən sağlam yağlar
Avokado sağlam mono doymamış yağlarla zəngindir. Tədqiqatlar göstərir ki, avokado arıqlamağa kömək edir, çünki toxluq hissini artırır və sağlam yağlar ehtiva edir.
Amerika Kardiologiya Kollecinin keçmiş prezidenti Dr.Robert Ekkel deyib:
“Avokado orqanizmi enerji ilə təmin edir, toxluq hissini artırır və buna görə də həddindən artıq yeməyin qarşısını alır”.
Bundan əlavə, avokado qan şəkərini tarazlaşdırmaq qabiliyyətinə malik olduğundan, insulin səviyyəsini tənzimləməyə kömək edir.
2. Yulaf:
Lif dəstəyi ilə maddələr mübadiləsini sürətləndirən qida
Yulaf xüsusilə tərkibindəki yüksək miqdarda liflə həzmi dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir.
Yulafın tərkibində olan beta-qlükan adlı həll olunan lif bağırsaqlarda həzmi ləngidən və uzun müddət toxluq hissini təmin edən gelə bənzər maddə əmələ gətirir.
"Yulaf qan şəkərinin artmasının qarşısını alır və insulin səviyyəsini tənzimləyir, bu da arıqlamağa kömək edir", - Harvard Tibb Məktəbinin qidalanma professoru Dr Valter Villett izah edir.
Elmi araşdırmalar göstərib ki, yulaf sizi daha uzun müddət tox saxlayaraq, kalori qəbulunu azaldır və həddindən artıq yeməyin qarşısını alır.
3. Yaşıl çay: Metabolizmi sürətləndirən antioksidantlar
Yaşıl çay antioksidanlarla çox zəngin bir içkidir. Tərkibindəki katexinlər və kofein yağların yandırılmasını sürətləndirən təsirlərə malikdir.
Tennessi Universitetinin Qidalanma Professoru Dr.Michael B.Zemel yaşıl çayın arıqlamağa müsbət təsirini vurğulayaraq, "Yaşıl çayın tərkibindəki kateşinlər bədənin yağları, xüsusilə qarın bölgəsindəki piyləri daha sürətli yandırmağa kömək edir", bildirib.
4. Qırmızı bibər: Termogen təsirlə yağ yanmasını artıran qida
Qırmızı bibərin tərkibində olan kapsaisin orqanizmə istiləşdirici təsir göstərir və maddələr mübadiləsini sürətləndirir.
Kapsaisin daha çox kalori yandırmağa imkan verən termogenez adlı bir proses vasitəsilə bədəndə istiliyin artmasına səbəb olur.
5. Qaragilə: Antioksidantlarla yağ yanmasını dəstəkləyən super qida
Qaragilə yüksək antioksidant tərkibi ilə tanınır və bədəndəki sərbəst radikallarla mübarizə apararaq ümumi sağlamlığı qoruyur.