
-
- 29-03-2025, 09:35
- 202
"Real"a "hə" dedi
“Real” futbolçusu Raul Asensionun gələcəyi ilə bağlı yekun qərar qəbul edib.
News24.az QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Asensio cari mövsümdə Karlo Ançelottinin komandasında yaranmış kadr böhranından istifadə edərək, qısa müddətdə start heyətdə yer alıb. Buna görə də klub rəhbərliyi 22 yaşlı oyunçunun müqaviləsini yeniləmək qərarına gəlib. Onun hazırkı sözləşməsi 2024/25 mövsümünün sonuna qədərdir.
Madrid təmsilçisi artıq Asensio ilə 2029-cu ilin yayınadək müqavilə imzalamaq üçün razılıq əldə edib. Yeni müqavilənin yaxında rəsmən açıqlanacağı gözlənilir.
Asensio bu mövsüm 29 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.