
-
- 29-03-2025, 10:00
- 274
Yenilik: İş saatı artırılacaq
Yaxın günlərdə Naxçıvan Muxtar Respublikasında Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinə məxsus bəzi marşrut xətlərinin uzadılması, iş saatının artırılması nəzərdə tutulur.
News24.az xəbər verir ki, Bu barədə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 2025-ci il 4 mart tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərdaxili marşrutlarda fəaliyyət göstərən bütün avtobusların elektrobuslarla əvəz olunması məqsədilə 60 ədəd müasir tələblərə cavab verən elektrobusların alınması Naxçıvan şəhərinin ekoloji cəhətdən daha təmiz, sərnişinlər üçün təhlükəsiz, rahat, həmçinin şəhərimizin xüsusi gözəlliyinə öz töhfəsini verəcək.