“Paşinyan sülh sazişinə hiylə ilə gedir” - Sergey Markov
    • 28-03-2025, 15:55
    • 385

“Paşinyan sülh sazişinə hiylə ilə gedir” - Sergey Markov

“Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı ciddi ilkin şərtlərini hələ də yerinə yetirməyib. Şərtlər ilk növbədə, Azərbaycan Respublikasına qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılmasıdır. Bu, çox mühüm tələbdir. Paşinyan isə onun üçün çox da əlverişli olmayan qərarlarla, Azərbaycanın məhz bu şərtləri ilə ayaqlarını sürüyür, ümumilikdə isə onlarla razılaşır”.

News24.az xəbər verir ki, bunu yerli KİV-lərə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib ki, Ermənistan üçün sülh sazişi imzalamaq üçün fürsət pəncərəsi bağlana bilər, sonra da gec ola bilər:

“Əgər Paşinyan uzun müddət Azərbaycanın şərtlərini yerinə yetirməyi gecikdirsə, o zaman İrəvan üçün hər şey İkinci Qarabağ müharibəsində olduğu kimi ola bilər. Paşinyan düzgün istiqamətdə gedir, amma hiylə ilə. Ermənistanın baş naziri bəyan edib ki, Qarabağ millətçi hərəkatının artıq Ermənistanda yeri yoxdur. O, haqlıdır. Onun bu açıqlaması İrəvanın Azərbaycanla sülh sazişi imzalamaq istəyinin bir daha sübutudur.

Bəli, Ermənistanın baş naziri Azərbaycanla sülhlə bağlı, Azərbaycanla sülh sazişinin şərtləri ilə bağlı birmənalı olmayan bəyanatlar verir. Amma qorxur, etiraz etmək istəmir, ona görə də kiçik addımlarla, ziqzaqlarla sülhə doğru irəliləyir. Eyni zamanda Qərbin ona kömək edəcəyini gözləyir. Təbii ki, o, üçüncü qüvvələrin sərhəddə yerləşdirilməməsi ilə bağlı sülh sazişinin bəndinə razı olmasına baxmayaraq, təbii ki, Qərbin hərbi bazalarının Ermənistan ərazisində olmasını və Qərbin respublikaya güclü yardım proqramları təqdim etməsini istərdi”.

Atəşkəsi kimlər pozur?

Sergey Markov bu suala belə cavab verib:

“Düşünmürəm ki, Paşinyan atəş əmri verib. Daha doğrusu, sülh müqaviləsinin imzalanmasının yaxınlaşdığını görən revanşist qüvvələr bu imzanı bu yolla pozmaq istəyirlər. Nəzərə alaq ki, Paşinyan bu revanşistləri tam idarə edə bilmir”./Bizim.Media