
-
- 29-03-2025, 07:50
- 280
Yuxusuzluğun zərərləri
Yuxusuzluq insanın həyatına və sağlamlığına mənfi təsir göstərir. Artıq həkimlər problemlərindən asılı olmayaraq xəstələrdən “müntəzəm yuxu” tələb edirlər.
Keyfiyyətsiz yuxu yorğunluğa, unutqanlığa və aşağı motivasiyaya səbəb olur.
Bəzi insanlar başı yastığa dəyən an yuxuya gedə bilir, bəziləri isə yuxu ilə mübarizə aparırmış kimi narahat əhval-ruhiyyəyə girirlər.
News24.az yuxusuzluğun zərərlərini təqdim edir:
Kifayət qədər yuxu almadığınız zaman ertəsi gün özünüzü yorğun hiss edirsiniz.
Beləliklə, həm iş, həm də ictimai həyatınızda təsirli bir gün keçirə bilməzsiniz.
Zehni fəaliyyətləriniz yavaşlayır.
Həyatdan həzz ala bilməzsən.
Depressiya əlamətləri daha qabarıq görünə bilər.
Yuxusuzluqla yanaşı müxtəlif xəstəliklər də ön plana çıxa bilər. /medicina.az