Vətəndaş müharibəsi BAŞLAYIR: Əhaliyə qaçmaq üçün 2 gün vaxt verildi
    • 28-03-2025, 16:27
    • 2 353

Vətəndaş müharibəsi BAŞLAYIR: Əhaliyə qaçmaq üçün 2 gün vaxt verildi

Somali uzun müddətdir ki, daxili siyasi gərginliklər və silahlı qarşıdurmalarla mübarizə aparır. 

News24.az-ın "The Independent"ə istinadən xəbərinə görə,1988-ci ildən başlayan vətəndaş müharibəsi nəticəsində ölkədə dövlət strukturları çökmüş və klanlararası münaqişələr baş qaldırıb. 2006-cı ildən etibarən isə mərkəzi hökumətlə İslam Məhkəmələri Birliyindən ayrılan islamçı qruplar arasında silahlı qarşıdurmalar davam edir. 

Martın 26-dan başlayaraq Somalidə müxtəlif bölgələrdə fərqli idarəetmə strukturları arasında şiddətli toqquşmalar gedir. Şimal-qərbdə yerləşən Somaliland 1991-ci ildən bəri faktiki olaraq müstəqilliyini elan etsə də, şimal-şərqdəki Puntlandla muxtariyyəti ilə aralarında toqquşmalar yaşanır.

Son dövrlərdə Somalidə vətəndaş müharibəsinin yenidən başlanacağına dair məlumatlar paylaşılır və əhalinin ölkəni tərk etmək üçün 2 gün vaxtı olduğu bildirilir. Ölkədə davam edən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və təhlükəsizlik problemləri potensial gərginliklərin artmasına səbəb ola bilər. 

Aqil