Ançelottiyə 4 il 9 ay həbs cəzası istənildi
    • 28-03-2025, 17:15
    • 564

Ançelottiyə 4 il 9 ay həbs cəzası istənildi

Madrid Ştat Məhkəməsi Real Madridin baş məşqçisi Karlo Ançelottinin məhkəməsini gələn çərşənbə gününə qədər təxirə salıb.

News24.az xəbər verir ki, prokurorluq italyan məşqçinin xəzinəni 1 milyon avro aldatdığını əsas gətirərək 4 il 9 ay həbs cəzası istəyib.

Prokurorluq Ançelottini xəzinədarlığı 2014-cü ildə 386 361 avro və 2015-ci ildə 675 718 avro daxil olmaqla ümumilikdə 1 062 079 avro məbləğində dələduzluqda ittiham edir.

Bildirilib ki, işə çərşənbə günü baxılacaq./Manset.az