
-
- 29-03-2025, 00:30
- 582
Qurban Qurbanovdan VACİB AÇIQLAMA
Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün "Turan Tovuz"un qonağı olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
News24.az Fanat.az-a istinadən xəbər verir ki, o, 4:1 hesablı qələbəni belə dəyərləndirib:
"Futbolçularımı təbrik edirəm. Oyuna yaxşı hazırlaşa bilməmişdik. Son iki günə qədər 8-9 oyunçu ilə məşq etmişdik. 12 futbolçumuz milli komandalarda idi. Burada oynamaq xoş oldu. Texniki səhvlər çox olsa da, futbolçuların mübarizə əzmindən razı qaldım".